İqtisadiyyat və İdarəetmə fakültəsi “Fakültələrin Tarix Yolu” layihəsini uğurla başa vurdu

Gəncə Dövlət Universitetində (GDU) tələbələrin böyük marağına səbəb olan “Fakültələrin Tarix Yolu” layihəsi uğurla başa çatıb.

Layihə çərçivəsində İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri tərəfindən xüsusi videoçarx hazırlanıb. Yaradıcı yanaşma ilə ərsəyə gələn videoçarxda fakültənin yarandığı gündən bu yana keçdiyi zəngin inkişaf yolu, tarixi formalaşma mərhələləri və qazandığı mühüm uğurlar geniş və dolğun şəkildə əks olunub.

Layihənin yekununda fakültənin aktiv fəaliyyəti yüksək qiymətləndirilib. GDU Tələbə Gənclər Təşkilatının (TGT) sədri İsrafil Abbasov layihədə fərqlənən İqtisadiyyat və İdarəetmə fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Nuray Əkbərovaya Fəxri fərman təqdim edib.

Fakültə rəhbərliyi və TGT komandası layihənin təşkilində əməyi keçən hər kəsə təşəkkür edir, tələbələrimizə dərslərində və ictimai fəaliyyətlərində yeni-yewi nailiyyətlər arzulayır!