Gərgin intellektual mübarizə: “Vergi güzəştləri iqtisadi inkişafı sürətləndirir” debatının qalibi bəlli oldu

İqtisadiyyat və idarəetmə” fakültəsində əhəmiyyətli dərəcədə maraqlı debat baş tutub. Debatın mövzusu dünyasında hər zaman aktuallığını qoruyan “Vergi güzəştləri iqtisadi inkişaf sürətləndirir” tezisi olub. Debatı fakültə dekanı dosent Məsim Abadov, kafedra müdirləri – dosent Zakir Əhmədov, dosent Afəddin Həmidov, komandaların rəhbər müəllimləri baş müəllim Vəfa Quliyeva, Kamil Cəfərov və fakültənin müəllim-tələbə heyəti izləmişlər.

Tamamilə obyektiv və rəsmi müzakirə üsulları yaradan intellektual qarşıdurmada iki komanda – mövzunu müdafiə edən “Şahmat-Təsdiq” (Selcan Əhmədova, Səid Nəcəfov, Ramal Məmmədov) və ona qarşı çıxan “Kamil iqtisadçılar-Təkzib” (Güləsər Musayeva, Jalə Hümbətova, Nuranə Qədimova) komandaları üz-üzə gəlib.

Müzakirələr zamanı müəyyən vergi siyasəti, investisiya mühitinin cəlbediciliyi, biznesin stimullaşdırılması və dövlət büdcəsinin gəlirləri kimi mürəkkəb iqtisadi faktorları genişləndirilib. Hər iki tərəf öz arqumentlərini real quraşdırmalar və beynəlxalq təcrübə ilə əsaslandırmağa çalışıb.

Hakimlər – Nigar Səfərova və Gültəkin Əhmədova, Timekipper – Əkbərova Nuray debatın ümumi qaydalarını tam təmin edən, öz tezislərini daha güclü faktlarla müdafiə edən və opponentlərin suallarını təmkinlə cavablandıran “Təsdiq” komandasını oyunun qalibi elan ediblər.

Hər bir iştirakçıya və komandaların rəhbər müəllimlərinə fakültə dekanı tərəfindən “Təşəkkürnamə” verilmişdir.

Tələbələrimizin bu nailiyyətini təbrik edir, onlara gələcək elmi və akademik fəaliyyətlərində uğurlar arzulayırıq!