Hörmətli müəllimlər, əməkdaşlar və əziz tələbələr!
Sizi sülhün, mənəvi saflığın, xeyirxahlığın və həmrəyliyin rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanlığı adından səmimi qəlbdən təbrik edirik!
Qurban bayramı insanlar arasında rəhm və şəfqət hisslərini gücləndirən, birliyi, bərabərliyi və yardımlaşmanı təşviq edən ən əziz günlərdən biridir. Bu mübarək günlərdə kəsilən qurbanların, edilən duaların və niyyətlərin Uca Allah dərgahında qəbul olunmasını arzu edirik.
Bu əziz bayram günündə hər birinizə möhkəm can sağlığı, ailə xoşbəxtliyi, süfrələrinizə ruzi-bərəkət diləyirik. Qoy bu bayram evlərinizə sevinc, qəlbinizə rahatlıq və elmi-pedaqoji fəaliyyətinizdə, eləcə də işlərinizdə yeni-yeni uğurlar gətirsin.
Qurban bayramınız mübarək olsun!

