Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi ilə Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə ölkə iqtisadiyyatının müasir və prioritet istiqamətlərindən birinə həsr olunmuş “Qeyri-neft sektorunun dayanıqlılığı: müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda 6 may 2026-cı il tarixdə elmi-praktik konfrans keçirilmişdir. Tədbirin əsas məqsədi ölkə iqtisadiyyatının diversifikasiyası prosesində gənclərin elmi potensialını üzə çıxarmaq və onların tədqiqatçılıq qabiliyyətlərini stimullaşdırmaqdan ibarət olub.
Tələbələrin tədqiqat işləri müvafiq komissiya tərəfindən əvvəlcədən müəyyən edilmiş xüsusi qiymətləndirmə meyarları əsasında tam obyektiv və şəffaf şəkildə dəyərləndirilmişdir.
Konfransın yekununda yüksək elmi hazırlığı və fərqlənən tədqiqat işləri ilə komissiya tərəfindən müvafiq yerlərə layiq görülən tələbələr Universitetin Rektoru, professor Yusif Yusibov tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.
Qarayev Fəxrəddin Zaur oğlu
Musayeva Güləsər Mircamal qızı
Musayeva Xədicə Səbuhi qızı
Səyyadova Gülnur Firdusi qızı
Keçirilən bu elmi-praktik konfrans gənc iqtisadçılar arasında elmi dialoqun qurulması və innovativ ideyaların mübadiləsi üçün olduqca effektiv və səmərəli platforma rolunu oynamışdır.
Gənc tədqiqatçılarımıza uğurlar arzu edirik!




