“İqtisadiyyat və idarəetmə” fakültəsinin TGT sədri Nuray Əkbərova “İlin Tələbəsi” Seçilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi, fakültə Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nuray Əkbərova növbəti uğura imza atıb.

Nuray Ələkbərova 2025-ci il ərzində universitetin Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi müxtəlif yerli və regional layihələrdə, sosial təşəbbüslərdə, eləcə də intellektual yarışlarda nümayiş etdirdiyi yüksək fəallığa görə “İlin tələbəsi” fəxri adına layiq görülmüşdür.

Təhsil aldığı müddətdə hər zaman çalışqanlığı, intizamı və qoçaqlığı ilə fərqlənən, rəhbərlik etdiyi fakültə TGT komandasını layiqincə yönləndirən tələbəmizi bu yüksək ad münasibətilə təbrik edir, gələcək ictimai və elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.