Fakültənin “İqtisadiyyat” ixtisasının II kurs tələbəsi, GDU Tələbə Elmi Cəmiyyətinin (TEC) Elmi İşlər üzrə sədr müavini Abdullayev Rəhman Qalib oğlunun məqaləsi Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil edilən Magistrantların və Gənc Tədqiqatçıların “SciNext 2026” Respublika Elmi Konfransının materiallarında dərc olunub.
Gənc tədqiqatçı konfransda müasir dövrün ən aktual istiqamətlərindən biri olan “Rəqəmsal iqtisadiyyatın Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına təsiri” mövzusunda elmi məqalə ilə çıxış edib. İqtisadiyyat kafedrasının müdiri, dosent, i.f.d. Zakir Əhmədovun elmi rəhbərliyi ilə ərsəyə gələn tədqiqat işində rəqəmsal transformasiya proseslərinin yerli sahibkarlıq subyektlərinin effektivliyinə və rəqabətqabiliyyətliliyinə təsiri elmi-nəzəri aspektlərdən əsaslandırılıb.
Tələbəmizin bu uğuru Gəncə Dövlət Universitetində elmi fəaliyyətə, xüsusilə də Tələbə Elmi Cəmiyyətinin xətti ilə gənc alimlərin yetişdirilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
İqtisadiyyat və idarəetmə fakültəsinin rəhbərliyi və professor-müəllim heyəti adından tələbəmiz Rəhman Abdullayevi və onun elmi rəhbəri “İqtisadiyyat” kadefarsının müdiri, dosent Zakir Əhmədovu təbrik edir, onlara elmi fəaliyyətlərində və gələcək araşdırmalarında yeni-yeni nailiyyətlər arzulayırıq.




