“İqtisadiyyat və idarəetmə” fakültəsində təhsil aldıqları müddətdə dərslərində göstərdikləri yüksək nəticələrlə yanaşı, fakültəmizin ictimai işlərində, tədbirlərində və layihələrində xüsusi fəallıq göstərən bir qrup məzun tələbəmiz “Məzun Günü”ndə dekan dosent Məsim Abadov tərəfindən Fəxri Fərman ilə təltif olunublar.
Fakültəmizin adını hər zaman ucaldan, enerjisi və təşəbbüskarlığı ilə seçilən fəal tələbələrimizi bu layiqli mükafat və müvəffəqiyyətlə başa vurduqları məzuniyyət münasibətilə ürəkdən təbrik edirik!
Sizlər təkcə fəal tələbə deyil, həm də gələcəyin fəal və rəqabətədavamlı mütəxəssislərisiniz. İnanırıq ki, universitet həyatında qazandığınız bu təşkilatçılıq və liderlik bacarıqları sizi gələcək peşəkar fəaliyyətinizdə də hər zaman ən ön sıralara daşıyacaq. Göstərdiyiniz bütün əməyə və fakültəmizə qazandırdığınız hər bir gözəl xatirəyə görə təşəkkür edir, müstəqil həyat sınaqlarında və karyeranızda sonsuz uğurlar arzulayırıq!
“Məzun” adınız mübarək!











