İqtisadiyyat kafedrasının növbəti iclası keçirildi

19 iyun 2026-cı il tarixində saat 11:00-da İqtisadiyyat kafedrasının növbəti iclası keçirildi. İclasın gündəliyinə fakültənin tədris və elmi-pedaqoji fəaliyyəti ilə bağlı bir sıra mühüm məsələlərin müzakirəsi daxil edildi.

İclasda ilk növbədə, 2026–2027-ci tədris ilində II, III və IV kurslar üzrə İqtisadiyyat, Maliyyə, Mühasibat, Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi, Marketinq, Menecment, Turizm işinin təşkili və Turizm bələdçiliyi ixtisaslarında tədris olunacaq fənlərin imtahan formaları müəyyənləşdirildi.

Daha sonra, kafedranın müəllimi Gülşən Elbrus qızı Tağıyevanın 18.06.2026-cı il tarixində Marketinq ixtisasının qiyabi təhsil forması üzrə I kurs tələbələrinə Mikroiqtisadiyyat fənnindən keçdiyi “İstehsal xərcləri və mənfəət” mövzusundakı açıq dərsinin nəticələri müzakirə olundu. Bununla yanaşı, “Azərbaycan müəllimi” qəzetinin 16 may 2026-cı il tarixli №18 (9172) sayında dərc olunmuş elana əsasən, kafedrada boş olan 1 ştat vahidi müəllim vəzifəsini tutmaq üçün müraciət edən G.Tağıyevanın ərizəsinə baxıldı.

Gündəliyin sonuncu məsələsi olaraq, kafedranın baş müəllimləri V.N. Quliyeva və N.E. Həsənovanın bakalavriat səviyyəsinin “Maliyyə” və “Mühasibat” ixtisasları üçün “Vergitutma” fənnindən hazırladıqları yeni fənn proqramının müzakirəsi və təsdiqi nəzərdə tutuldu.