“İqtisadiyyat” kafedrasının növbəti iclası keçirilmişdir.

09 İyul 2026-ci il tarixdə saat 11:00-da “İqtisadiyyat” kafedrasının iclası keçirilmişdir. İclası giriş sözü ilə açan kafedra müdiri dosent Zakir Əhmədov gündəlikdə duran məsələləri diqqətə çatdırmış və 2025-2026-cı tədris ilinin yekunları ilə bağlı qarşıda duran mühüm vəzifələri qeyd etmişdir.

İclasın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:

Müzakirə olunan məsələlər:

1. Kafedranın illik iş planı və hesabatının təsdiqi. 2025-2026-cı tədris ili ərzində kafedranın ümumi fəaliyyətini əks etdirən illik hesabatın müzakirəsi və növbəti dövr üçün iş planının təsdiq edilməsi.

2. Müəllimlərin fərdi iş planlarına dair hesabatları. Kafedra əməkdaşlarının 2025-2026-cı tədris ili üzrə fərdi iş planlarında nəzərdə tutulmuş elmi, pedaqoji və təşkilati fəaliyyətlərinin yerinə yetirilmə vəziyyəti və hesabatlarının dinlənilməsi.

3. Yay imtahan sessiyasının nəticələrinin müzakirəsi. Tələbələrin yay imtahan sessiyasındakı müvəffəqiyyət göstəriciləri, imtahanların gedişatı və ümumi akademik nəticələrin təhlili.

4. Cari məsələlər. Kafedranın cari fəaliyyəti, qarşıdan gələn təşkilati işlər və digər cari məsələlərin baxılması.

Gündəlikdə yer alan məsələlər ətraflı müzakirə edildikdən sonra kafedranın hesabatı və yeni tədris ili üçün nəzərdə tutulan iş planı səsə qoyularaq yekdilliklə qəbul edilmişdir.