Azərbaycan milli mətbuatının təməlinin qoyulmasından 150 ildən çox vaxt keçir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan bu şərəfli yol, xalqımızın milli oyanışında, mədəni tərəqqisində və müstəqillik ideyalarının təşəkkülündə müstəsna rol oynamışdır. “Əkinçi” ilə başlayan bu maarifçilik missiyası əsr yarım ərzində dövrün çətinliklərinə baxmayaraq, həqiqətin, obyektivliyin və vətənpərvərliyin simvoluna çevrilmişdir.
Müasir dünyada mətbuat yalnız xəbər mənbəyi deyil, həm də cəmiyyətin dünyagörüşünü formalaşdıran, şəffaflığı təmin edən və təhsilin, elmin inkişafına dəstək verən mühüm sosial təsisatdır.
Universitetimiz hər zaman azad, məsuliyyətli və peşəkar jurnalistikanın inkişafını dəstəkləyir. Təhsil ocağımız mediasiya, jurnalistika və kommunikasiya sahəsində gələcəyin peşəkarlarını yetişdirməkdən, ali təhsilin və elmin nailiyyətlərini ictimaiyyətə çatdırmaqda media nümayəndələri ilə sıx əməkdaşlıq etməkdən qürur duyur.
Əziz Media Nümayəndələri və Jurnalistlər!
Sizləri 22 İyul – Azərbaycan Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
- Obyektivlik və dürüstlük prinsipini hər şeydən uca tutan,
- Cəmiyyəti doğru və operativ məlumatla təmin edən,
- Elmin, təhsilin və milli dəyərlərin təbliğində əməyi olan tüm mətbuat işçilərinə
fəaliyyətlərində yorulmaz enerjilər, iti qələm və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
“Mətbuat cəmiyyətin güzgüsüdür.” – Bu güzgünün hər zaman aydın və qərəzsiz qalması diləyi ilə,
Milli Mətbuat Gününüz mübarək!
