Akademik fəaliyyətdə ardıcıllıq və daimi özünütəkmilləşdirmə müasir ali təhsilin ən vacib tələblərindən biridir. Tədris ilinin başa çatmasına və yay tətil dövrünə baxmayaraq, İdarəetmə kafedrasının baş müəllimi Səbuhi Ramazanov elmi-tədqiqat işlərini fəal şəkildə davam etdirir, beynəlxalq və yerli elmi platformalarda mühüm mövzularla çıxış edir.
Müəllimimizin son aylarda qatıldığı və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan beynəlxalq konfranslar və təqdim etdiyi məqalələr onun zəngin elmi fəaliyyətinin bariz nümunəsidir:
- Türkiyə: 15–16 aprel 2026-cı il tarixlərində Düzce Universitetində keçirilən “Akçakoca Turizm ve Ekonomi Sempozyumu” çərçivəsində “Azerbaycan Ekonomisinde Girişimciliğin Liberalleştirilmesi” mövzusunda məruzə ilə çıxış etmişdir.
- Moskva, Rusiya: 17 iyun 2026-cı il tarixində təşkil olunmuş “Вызовы и стратегии устойчивого социально –экономического развития в условиях новой реальности” IV Beynəlxalq elmi-praktiki konfransında «ФИНАНСОВАЯ ЛИБЕРАЛИЗАЦИЯ И ЭКОНОМИЧЕСКИЙ РОСТ: УРОКИ КРИЗИСОВ 1997 И 2008 ГОДОВ ДЛЯ РАЗВИВАЮЩИХСЯ СТРАН» mövzusunda dərin məzmunlu Məruzə təqdim etmişdir.
- Azərbaycan: 3 iyul 2026-cı il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının 10 illik yubileyinə həsr olunmuş “Rəqəmsallaşma Dövründə Regional Universitet Modeli” adlı Beynəlxalq elmi-praktiki konfransda fəal iştirak edərək elmi ictimaiyyətlə öz təcrübəsini bölüşmüşdür.
Səbuhi müəllimin regional iqtisadiyyat, maliyyə librallaşması və sahibkarlığın inkişafı istiqamətində apardığı bu tədqiqatlar həm tədris prosesinin keyfiyyətinə, həm də kafedramızın elmi reytinqinin yüksəlməsinə böyük töhfə verir.
Tətil günlərində də öz üzərində yorulmadan çalışan, elmi yenilikləri təqib edən baş müəllimimiz Səbuhi Ramazanovu təbrik edir, ona növbəti elmi axtarışlarında və akademik fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!





