Gəncə Dövlət Universitetinin əməkdaşları beynəlxalq konqresdə məruzə ilə çıxış ediblər.

1-3 avqust 2026-cı il tarixlərində Türkiyənin Düzcə şəhərində keçirilən “9th International Black Sea Modern Scientific Research Congress” (9-cu Beynəlxalq Qara Dəniz Müasir Elmi Tədqiqatlar Konqresi) çərçivəsində Gəncə Dövlət Universitetinin professoru Arzu Həsənovun moderatorluğu ilə bölmə iclası təşkil olunmuşdur.
Möhtəşəm elmi tədbirdə professor Arzu Həsənovun həmmüəllifliyi və elmi rəhbərliyi ilə doktorantlar aktual mövzularda məruzələrlə çıxış ediblər:
Ulduz Elçin qızı Mehdiyeva (prof. A.Həsənov ilə həmmüəlliflikdə) – “Transition to the Innovative Development of the National Economy in Azerbaijan: An Ecosystem Approach” (Azərbaycanda milli iqtisadiyyatın innovativ inkişafına keçid: Ekosistem yanaşması);
Fidan Faiq qızı Kalaşlı (prof. A.Həsənov ilə həmmüəlliflikdə) – “Problems of Ensuring Economic Security of Entrepreneurial Subjects in Azerbaijan” (Azərbaycanda sahibkarlıq subyektlərinin iqtisadi təhlükəsizliyinin təmin edilməsi problemləri).
Tədqiqatçıların təqdim etdiyi elmi məruzələr konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış, mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Beynəlxalq konqresin yekununda bölmə iclasına uğurla moderatorluq edən professor Arzu Həsənov və məruzələrlə çıxış edən doktorantlar xüsusi sertifikatlarla təltif olunublar.

İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanlığı beynəlxalq konqresdə universitetimizi və fakültəmizi layiqincə təmsil edərək yüksək elmi nailiyyətlər qazanan professor Arzu Həsənova və doktorantlarımıza dərin minnatdarlığını bildirir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!