Hörmətli professor-müəllim heyəti, əziz tələbələr və əməkdaşlar!
Yeni tədris ilinin başlanması münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirik!
Yeni tədris ili yeni biliklər, yeni məqsədlər, uğurlar və gözəl başlanğıclar deməkdir. Qarşıdakı tədris ilinin hər bir tələbəmiz üçün zəngin bilik və maraqlı təcrübələrlə, müəllimlərimiz üçün isə yeni nailiyyətlər və uğurlu nəticələrlə yadda qalmasını arzulayırıq.
İnanırıq ki, birlikdə çalışaraq, elmə və təhsilə olan sevgimizi daha da gücləndirərək qarşıya qoyduğumuz məqsədlərə nail olacaq, fakültəmizin uğurlarını daha da artıracağıq.
Yeni tədris iliniz uğurlu, məhsuldar və yaddaqalan olsun!
Bütün tələbə və müəllimlərimizə möhkəm cansağlığı, yüksək nailiyyətlər, bol enerji və uğurlar arzulayırıq!
Yeni tədris iliniz mübarək!
Fakültə rəhbərliyi

