Fakültəmizdə 15 Sentyabr – Bilik Günü təntənəli şəkildə qeyd olundu

Yeni tədris ilinin başlaması münasibətilə fakültəmizdə 15 Sentyabr – Bilik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Məsim Abadov tələbələri və müəllim heyətini yeni tədris ili münasibətilə təbrik edib, xüsusilə ali məktəb həyatına qədəm qoyan birinci kurs tələbələrinə uğurlar arzulayıb.

Daha sonra tədris işləri üzrə dekan müavini Mustafa Cəfərov çıxış edərək təbriklərini çatdırıb və yeni tədris ilində tədris prosesinin təşkili, intizam və qarşıda duran vəzifələrlə bağlı müvafiq göstəriş və tövsiyələrini verib. Tədbirdə eləcə də humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov çıxış edərək tələbələri təbrik edib, onlara ictimai və mədəni fəaliyyətlərdə uğurlar diləyib. Təntənəli tədbirdə Tədris departamentinin rəhbəri Elturan Yusifov da iştirak edərək tələbələrə yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb.

Tədbir xoş əhval-ruhiyyə və yüksək tədris həvəsi ilə yekunlaşıb.

Allı-şallı tələbəlik illəriniz mübarək!