2026/2027-ci tədris ilinin başlaması ilə əlaqədar İqtisadiyyat və idarəetmə fakültəsində tədris prosesinə uğurla start verilmişdir. Universitet auditoriyalarında ilk mühazirələr yüksək akademik əhval-ruhiyyədə təşkil olunmuşdur.
Fakültə rəhbərliyi və professor-müəllim heyəti adından ali təhsil müəssisəmizə yeni qədəm qoyan I kurs tələbələrimizi səmimiyyətlə təbrik edir, onlara zəngin bilik və bacarıqlara yiyələnmək yolunda müvəffəqiyyətlər arzulayırıq. Əminik ki, tələbələrimiz müasir iqtisadi çağırışlara cavab verən ixtisaslı kadrlar kimi yetişmək üçün fakültəmizin yaratdığı elmi-tədris imkanlarından səmərəli istifadə edəcəklər.
Eyni zamanda, elmi pedaqoji fəaliyyətlərini əzmlə davam etdirən bütün akademik heyətimizə yeni tədris ilində yeni elmi nailiyyətlər və pedaqoji uğurlar diləyirik.



