27 Sentyabr – Anım Günü ilə əlaqədar fakültənin rəhbərliyi, müəllim heyəti, tələbə kollektivi və tələbə təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. Fakültənin Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımovun rəhbərliyi ilə ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin böyük əhəmiyyətini vurğulayaraq, şəhidlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını bildiriblər. Tələbə gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında və tarixi zəfərimizin unudulmamasında bu kimi tədbirlərin müstəsna rolu olduğu qeyd edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!




