11 oktyabr 2026-cı il tarixində Bakı şəhərində yerləşən “Four Seasons” otelində “Biznesmenlərin və diplomatik nümayəndələrin sammiti” keçirilib. Nüfuzlu tədbirdə diplomatik korpusların nümayəndələri, tanınmış iş adamları, sahə mütəxəssisləri və akademik dairələrin təmsilçiləri bir araya gəliblər.
Tədbirdə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi İdarəetmə kafedrasının müəllimi Xaliq Quliyev də iştirak edib. Sammit çərçivəsində beynəlxalq və yerli spikerlərin müasir biznes mühiti, qlobal iqtisadi tendensiyalar, ticarət əlaqələrinin genişləndirilməsi və innovativ idarəetmə modellərinə dair məruzələri dinlənilib.
Tədbir müddətində iqtisadiyyatın müxtəlif sahələri üzrə gələcək inkişaf perspektivləri, dövlət-özəl sektor tərəfdaşlığı və beynəlxalq təcrübənin tədris prosesinə inteqrasiyası mövzularında geniş məlumat əldə olunub. Bu kimi möhtəşəm platformalarda iştirak universitetin akademik heyətinin peşəkar inkişafına və beynəlxalq təcrübənin mənimsənilməsinə mühüm töhfə verir.



