İdarəetmə kafedrasının baş müəllimi Fuad Abbasov beynəlxalq konfrans və simpoziumlarda sertifikatlara layiq görülüb.

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin İdarəetmə kafedrasının baş müəllimi Fuad Zakir oğlu Abbasov beynəlxalq miqyaslı elmi tədbirlərdə uğurla iştirak edərək sertifikatlarla təltif olunmuşdur.

Fuad Abbasov Rusiya Federasiyasının Nijni Novqorod şəhərində yerləşən N.İ. Lobaçevski adına Milli Tədqiqat Nijni Novqorod Dövlət Universitetinin təşkilatçılığı ilə 9 oktyabr 2026-cı il tarixində keçirilən “İqtisadiyyatın institusional transformasiyası: suverenlik, texnoloji liderlik və rəqəmsallaşma” (IX Международная научная конференция «Институциональная трансформация экономики: суверенитет, технологическое лидерство и цифровизация») mövzusundakı IX Beynəlxalq Elmi Konfransda iştirak etmişdir.

Eyni zamanda, İdarəetmə kafedrasının baş müəllimi Türkiyənin Ərdahan Universitetində (Ardahan Üniversitesi) 8–6 oktyabr 2026-cı il tarixlərində keçirilən “Biznes, İqtisadiyyat və Statistika üzrə 2-ci Beynəlxalq Simpozium”da (2nd International Symposium on Business, Economics, and Statistics 2026) məruzə ilə çıxış etmişdir. O, simpoziumda “Qeyri-müəyyən iqtisadi mühitdə maliyyə texnologiyalarının korporativ maliyyə qərarlarının qəbuluna təsiri” (The Impact of Financial Technology on Corporate Financial Decision-Making in an Uncertain Economic Environment) mövzusunda şifahi təqdimatla çıxış edərək beynəlxalq sertifikata layiq görülmüşdür.

Fakültəmiz adından İdarəetmə kafedrasının baş müəllimi Fuad Abbasovu təbrik edir, ona elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!