23.02.2017-ci il tarixdə İqtisadiyyat və İdarəetmə fakultəsində “Xocalı Soyqırımı-XX əsrin faciəsi” adlı tədbir keçirilmişdir.
“Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
Heydər Əliyev
Tədbirin ssenarisini sizlərin diqqətinə çatdırırq:
Gəncə Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə fakultəsinin həyata keçirtdiyi “Xocalı Soyqırımı” adlı tədbirin
Ssenarisi:
- Salam hörmətli tədbir iştirakçıları. Bu gün bizimlə olduğunuz üçün hər birinizə təşəkkürümüzü bildiririk və fakultəmiz adından hər birinizə 26 fevral Xocalı soyqırımı günü münasibətilə baş sağlığı verir, hamıya səbr arzulayırıq. Azərbaycan Respublikasının dövlət Himni Azərbaycan dövlətinin müstəqillik rəmzidir.
Hərbi himn…
- Tədbirimizi açıq elan etmək üçün Universitetimizin Humanitar Məsələlər üzrə prorektoru Dos. Gülsüm xanım Fətəliyevayasöz verilir.
İndi isə çıxış üçün söz verilir fakultəmizin dekanı Dos. Xurşudov Şahin müəllimə.
Çıxış üçün söz verilir fakultəmizin Tədris İşləri üzrə dekan müavini Dos. Allahverdiyev Əli müəllimə.
Çıxış üçün söz verilir İqtisadiyyat Kafedrasının müdiri Dos. Əhmədov Zakir müəllimə.
İndi isə çıxış üçün söz verilir fakultəmizin Humanitar Məsələlər üzrə dekan müavini Baş müəllim Məmmədova Vəfa müəlliməyə.
- Bəli, bu gün bu tədbirə yığışmağımızın bir səbəbi, min bir dərdi var. Elə bir dərd ki, nə qaysaq bağlamır, nə də sağalmır. Bu “Xocalı Faciəsi”, “Xocalı Soyqırımı”dır. Həmin illərə nəzər salaq. 1992-ci ildə Erməni silahlı qüvvələri Yuxarı Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başladı. Erməni cəlladları tarixdə misli görünməmiş vəhşiliklər törətdilər. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Erməni hərbi qüvvələri Rusiya Federasiyasının Stepanakertdə (Xankəndi) yerləşən silahlı qüvvələrinin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etdilər. Dinc mülki əhaliyə qarşı xüsusi qəddarlıqla Soyqırımı həyata keçirdilər. Xocalı soyqırımı tarixdə misli görünməmiş tarixi faciədir. Elə bir faciə ki, 25 il keçməsinə baxmayaraq yenədə bu gün olmuş kimi qəlbimizə dağ çəkir.
- Xocalı faciəsi baş verdikdən sonra yazıçı və şairlərimiz “Xocalı Soyqırımı”na həsr edilmiş şeir və romanlar yazmağa başlamışlar. İndi isə tədbirimizin bu hissəsində Xocalı soyqırımına həsr edilmiş və öz yazdığı “Parçalanmış Azərbaycan” şeiri ilə çıxış edir: Menecment ixtisası IV kurs tələbəsi Muradova Nuranə.
Kamançada müşayiət edir: Turizm və Otelçilik ixtisası I kurs tələbəsi Qurbanov Müzəffər.
- “Xocalı Faciəsi”nin tarixi ilə bağlı çıxış edir: Biznesin idarə edilməsi ixtisası I kurs tələbəsi Əsgərova Səriyyə.
- Tədbirimizin bu əsnasında sizləri “Xocalı Soyqırımı” ilə bağlı hazırladığımız video-çarxı izləməyə dəvət edirik.
- İndi isə özünün müəllifi olduğu“26-sı fevral gecəsi” şeiri ilə çıxış edir: Menecment ixtisası I kurs tələbəsi İsmayılova Birgül.
Kamançada müşayiət edir: Turizm və Otelçilik ixtisası I kurs tələbəsi Qurbanov Müzəffər.
- Kamançada ifa edir: Turizm və Otelçilik ixtisası I kurs tələbəsi Qurbanov Müzəffər.
- Hörmətli tədbir iştirakçıları indi isə sizləri hazırladığımız “Ana və Poçtalyon” əsərinin səhnəsini izləməyə dəvət edirik.
Səhnənin sonunda: Rollarda:
Mətni oxudu: İqtisadiyyat ixtisası I kurs tələbəsi Babayeva Vüsalə
Ana rolunda: Dil və Ədəbiyyat ixtisası I kurs tələbəsi Həşimzadə Gülər
Qonşular rolunda: Menecment ixtisası I kurs tələbələri Nəsirli Arzu və Əhmədova Mədinə
Poçtalyon rolunda: Menecment ixtisası I kurs tələbəsi İnqilablı Fuad
- İndi isə “Xocalı Şanlı Tariximizdir” mövzusunda çıxış edir: Dövlət və Bələdiyyə idarəetməsi ixtisası III kurs tələbəsi Qurbanova Aytac.
- “Xocalı” şeiri ilə çıxış edir: Dil və Ədəbiyyat ixtisası III kurs tələbəsi Ələkbərova Çinarə.
Kamançada müşayiət edir: Turizm və Otelçilik ixtisası I kurs tələbəsi Qurbanov Müzəffər.
- Gitarda ifa edir: “Şəhid arzularım” mahnısı ilə Turizm və Otelçilik ixtisası III kurs tələbəsi Seyidli Qurban.
- Sonda isə çıxış üçün söz verilir: Turizm və Otelçilik ixtisası III kurs tələbəsi Həsənov Alıya.