Fakültəmizin Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi elm və təhsilin yüksək səviyyədə təşkilində, nizam-intizamın möhkəmlənməsində, mədəni kütləvi tədbirlərin həyata keçirilməsində, tələbələrin asudə vaxtlarının səmərəli istifadə olunmasında iş planına uyğun olaraq ardıcıl işlər görür. Bu vəzifəni 2013/2014-cü tədris ilindən 2016/2017-ci tədris ilinədək Menecment ixtisasının hal-hazırda IV kurs tələbəsi olan Cənnətəliyev Vüsal Hüsamədin oğlu icra etmişdir.Vusalın buraxılış kurs olmasını əsas gətirərək fakültəmizdən yeni bir namizədin seçilməsi zərurətə çevrilmişdir.23.02.2017-ci il tarixdə Universitet Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Adıgözəlov Pərviz Mürşüd oğlunun sədrliyi ilə İqtisadiyyat və idarəetmə fakültəsinin Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə yeni fəal tələbənin seçilməsi məsələsi müzakirə olundu..İclasda fakültənin dekanı dos.Ş.N.Xurşudov ,həmçinin 40-a yaxın fakültənin fəal gəncləri iştirak edirdi…
Sonda bütün çıxışlar və namizədələr müzakirə edilərək , açıq səsvermənin nəticələrinə uyğun olaraq Biznesin idarə edilməsi ixtisasının I kurs tələbəsi Əsgərova Səriyyə Əlövsət qızı fakültəmizin Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri təyin edildi.
Səriyyəni Fakültəmizin bütün müəllim və tələbə heyəti adından təbrik edirik və ona işlərində uğurlar arzu edirik!