İqtisadiyyat kafedrasının növbəti iclası keçirilib

22 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının növbəti iclası keçirilmişdir.

İclasın gündəliyinə uyğun olaraq aşağıdakı mühüm məsələlər geniş müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir:

  1. Magistr dissertasiya mövzularının müzakirəsi və təsdiqi: 2026/2027-ci tədris ilində İqtisadiyyat kafedrası üzrə magistratura səviyyəsinin I kursunda təhsil alan tələbələr üçün məsləhət görülən dissertasiya işlərinin mövzuları müzakirə edilərək təsdiq olunmuşdur. Təsdiq edilən mövzular aşağıdakı ixtisasları əhatə edir:
    • 7004005 – “Ümumi iqtisadiyyat”
    • 7004005 – “İqtisadiyyatın tənzimlənməsi”
    • 7004009 – “Maliyyə mühasibatlığı”
    • 7004003 – MBA “Maliyyə üzrə”
  2. Elmi-nəzəri seminarın müzakirəsi: Kafedranın müəllimi Abbasova Şəhla Rauf qızının 12 oktyabr 2026-cı il tarixində keçirdiyi “Azərbaycanda yüngül sənayenin inkişafının iqtisadi amilləri və istehsal potensialından səmərəli istifadə istiqamətləri” mövzusundakı elmi-nəzəri seminarı geniş təhlil edilmiş, məruzəçinin təqdimatı yüksək qiymətləndirilmişdir.
  3. Açıq dərsin müzakirəsi: Kafedranın müəllimi Əliyeva Məhluqə Rüstəm qızının 14 oktyabr 2026-cı il tarixində III kurs İqtisadiyyat ixtisasında “Ətraf mühitin iqtisadiyyatı” fənni üzrə “ASK, meşə kompleksi və su təsərrüfatı sahələrinin ekoloji problemləri və onların həlli yolları” mövzusunda təqdim etdiyi açıq dərs müzakirə olunmuş, dərsin müasir tədris metodlarına uyğunluğu xüsusi vurğulanmışdır.

İclas gündəlikdəki məsələlərin yekunlaşdırılması və müvafiq tapşırıqların müəyyən olunması ilə işini başa çatdırmışdır.