Biliyin və arqumentlərin mübarizəsi: Tələbə Elmi Cəmiyyətində həyəcanlı debat baş tutdu!

Bu gün fakültəmizdə Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə tələbələrin böyük marağına səbəb olan, gərgin və maraqlı bir debat yarışı keçirildi. Müzakirənin ana mövzusu müasir idarəetmədə hər zaman aktuallığını qoruyan bir sual oldu: “Uğurlu rəhbər sərt, yoxsa demokratik olmalıdır?”

Sədr Turqay Daşdəmirlinin idarəçiliyi ilə baş tutan debatda hər iki tərəf öz mövqeyini əsaslandırmaq üçün dərin bilik, məntiqi mühakimə və yüksək natiqlik bacarıqları nümayiş etdirdi.

Debatda təsdiq tərəfi kimi “Son Arqument” komandası, inkar tərəfi kimi isə “Şəffaf İncilər” komandası qarşı-qarşıya gəldi:

  • Təsdiq tərəfi (“Son Arqument”): Rəhbərlikdə intizamın, dəqiq çərçivələrin və sərt prinsipiallığın uğura aparan əsas amil olduğunu, xüsusən böhran anlarında və böyük məqsədlərə çatmaq yolunda sərt idarəetmənin vacibliyini müdafiə etdi.
  • İnkar tərəfi (“Şəffaf İncilər”): Rəhbərin demokratik, dinləməyi bacaran, komanda ruhunu və şəffaflığı ön plana çıxaran bir yanaşmaya sahib olmasının uzunmüddətli inkişaf və yaradıcılıq üçün zəruri olduğunu diqqətə çatdırdı.

Debat boyunca hər iki komanda qarşılıqlı sual-cavablar, tutarlı faktlar və alovlu çıxışlarla dinləyicilərə son dərəcə həyəcanlı anlar yaşatdı. Hakimliyi üstələnən Rüşanə Məmmədova komandaların çıxışlarını, arqumentlərinin dolğunluğunu və debat qaydalarına riayət etmələrini obyektiv şəkildə qiymətləndirdi.

Yekun qiymətləndirmənin nəticələrinə əsasən, gərgin keçən mübarizədən “Son Arqument” komandası qalib olaraq ayrıldı!

Təşkilatlanmada əməyi keçən TEC heyətinə, debatın sədri Turqay Daşdəmirliyə, hakim Rüşanə Məmmədovaya və unutulmaz bir debat izlətdikləri üçün hər iki komandanın üzvlərinə təşəkkür edirik!