23 oktyabr 2026-cı il tarixində Menecment və turizm işi kafedrasının növbəti iclası baş tutmuşdur.
Gündəlikdə duran mühüm tədris, elmi və təşkilati məsələlərin geniş müzakirə olunduğu iclasda aşağıdakı qərarlar qəbul edilmiş və müvafiq işlər yekunlaşdırılmışdır:
- İmtahan biletlərinin təsdiqi: 2026/2027-ci tədris ilinin başlanğıc semestrində qiyabi şöbədə təşkil edilən imtahan sessiyasında “Turizmə giriş” fənni üzrə istifadə olunacaq imtahan biletləri müzakirə olunaraq təsdiq edilmişdir.
- Elmi-tədqiqat işlərinin gedişatı: Kafedranın 2026-cı il üçün planlaşdırılmış elmi-tədqiqat planının yerinə yetirilməsi vəziyyəti ətraflı nəzərdən keçirilmişdir.
- Buraxılış işi və dissertasiya mövzuları: Bakalavr səviyyəsi üzrə buraxılış kurs tələbələrinə, eləcə də magistratura səviyyəsinin I kursuna qəbul olunmuş magistrantlara təklif edilən elmi-tədqiqat və dissertasiya mövzuları müzakirə olunaraq təsdiqlənmişdir.
- Açıq dərslərin qiymətləndirilməsi: Oktyabr ayı ərzində keçirilmiş açıq dərslərə dair Kafedra Metodik Qrupunun rəy və protokolları dinlənilmiş və təsdiq edilmişdir.
- Hesabatlar və cari məsələlər: Kafedranın doktorant müəllimlərinin illik elmi-pedaqoji faəliyyətinə dair hesabatları dinlənilmiş, həmçinin cari təşkilati məsələlər atrafında fikir mübadiləsi aparılmışdır.
İclasda qəbul olunan qərarların tədris keyfiyyətinin daha da artırılmasına və elmi faəliyyətin səmərəliliyinə töhfə verəcəyi vurğulanmışdır.


