Gəncə Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment və turizm işi kafedrasının baş müəllimi Gülnarə Turabova tərəfindən “Turizm işinin təşkili” ixtisasının III kurs tələbələrinə açıq dərs keçirilib. “Turizm marketinqi” fənni üzrə təşkil olunan dərsin mövzusu “Turizm bazarının seqmentləşdirilməsi” olub. Dərsdə Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev, İqtisad elmləri doktoru, professor əvəzi Arzu Həsənov, İqtisad elmləri üzrə fəlsəfə doktoru baş müəllim Şahin Qasımov, İqtisad elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Əlizamin Əmirov, müəllim Sevinc Quliyeva iştirak ediblər.
Dərs zamanı turizm bazarının seqmentləşdirilməsi prinsipləri, hədəf auditoriyanın müəyyən olunması və müasir marketinq strategiyaları geniş müzakirə edilib. Tələbələr interaktiv şəkildə mövzuya dair sualları cavablandırıb və praktiki nümunələr üzərində işləyiblər.
Sonda fakültənin professor-müəllim heyəti tərəfindən dərsin metodiki baxımdan yüksək səviyyədə qurulduğu, müasir tədris tələblərinə tam cavab verdiyi qeyd olunmuş və baş müəllim Gülnarə Turabovaya uğurlar arzulanmışdır.
Gülnarə müəlliməyə pedaqoji fəaliyyətində uğurlar arzu edirik!



