27 oktyabr 2026-cı iı tarixdə Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələri, beynəlxalq təşkilatların rəhbərlərini və fərqli mədəniyyətlərin təmsilçilərini bir araya gətirən bu möhtəşəm tədbir, qlobal sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqində mühüm platformaya çevrilən Forum çərçivəsində beynəlxalq təhlükəsizlik, mədəni irsin qorunması, dayanıqlı inkişaf və fərqli cəmiyyətlər arasında əməkdaşlıq imkanları geniş müzakirə olunacaq.
Bakı Prosessi çərçivəsində reallaşan bu forum bir daha göstərir ki, Azərbaycan multikultural dəyərlərə sadiqliyi və qlobal dialoqa verdiyi töhfələrlə beynəlxalq aləmdə mühüm mərkəz rolunu uğurla davam etdirir.
