İqtisadiyyat və İdarəetmə fakültəsində Zəfər Gününə həsr olunmuş bilik yarışı keçiriləcək

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində şanlı Zəfər Gününə həsr olunmuş tələbələrarası bilik yarışması təşkil edilir.

Tələbələrin vətənpərvərlik ruhunun yüksəldilməsi, onların intellektual potensialının və dünyagörüşünün artırılması məqsədilə keçirilən yarışma 2 noyabr tarixində, saat 12:00-da GDU-nun 4-cü tədris binasında baş tutacaqdır.

İntellektual yarışmada 8 komanda birincilik uğrunda mübarizə aparacaq:

  • Milli İdrak
  • Turizm Klubu
  • Dəmir Yumruq
  • 44 Gün
  • Xarı Bülbül
  • Zirvə Yolçuları
  • Kəpəz
  • Zəfər

İştirakçılar 3 blok üzrə hazırlanan sualları cavablandıracaqlar:

  1. İqtisadiyyat
  2. Dünyagörüşü
  3. Zəfər Tarixi

Bütün komandalara uğurlar arzulayırıq!