Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş İqtisadçı – intellektual bilik yarışı keçirilib. Tələbələrin vətənpərvərlik ruhunun yüksəldilməsi, onların intellektual potensialının, analitik təfəkkürünün və dünyagörüşünün artırılması məqsədilə təşkil olunan yarışma noyabrın 2-si, saat 12:00-da universitetin 4-cü tədris binasında baş tutub. Tədbirin təşkilində İqtisadiyyat kafedrasının baş müəllimi Nərmin Həsənova və kafedranın müəllimi Aytac Hüseynova təşəbbüskarlıq göstərmişlər. Fakültə rəhbərliyi və tələbə-müəllim kollektivi böyük coşğu və yüksək rəqabət şəraitində keçən yarışmanı həyəcan və fəxarətlə izləmişlər.
Zəfər Qələbəsinin qürurunu və gənclərin bilik həvəsini özündə birləşdirən intellektual yarışmada 7 komanda birincilik uğrunda gərgin və maraqlı mübarizə aparıb:
- Milli İdrak
- Turizm Klubu
- Dəmir Yumruq
- 44 Gün
- Xarı Bülbül
- Zirvə Yolçuları
- Kəpəz
Tədbir çərçivəsində iştirakçılar 3 əsas blok üzrə hazırlanan mürəkkəb və əhatəli sualları cavablandırıblar:
- İqtisadiyyat
- Dünyagörüşü
- Zəfər Tarixi
Zəfər Gününə həsr olunmuş bilik yarışında komandalar öz intellektual hazırlıqları ilə yanaşı, bu şanlı tarixə aid hazırladıqları zövqlü əl işləri ilə də tədbirə xüsusi rəng qatdıla. Gərgin keçən bilik mübarizəsinin yekun nəticələrinə əsasən qaliblər müəyyən olunub:
🥇 1-ci yer: «44 Gün» komandası
🥈 2-ci yer: «Kəpəz» komandası
🥉 3-cü yer: «Zirvə Yolçuları» komandası
Qalib gələn komandaları ürəkdən təbrik edir, bütün iştirakçılara təhsillərində və gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq! Zəfərimiz əbədi, gəncliyimizin bilik yolu daim açıq olsun!






