Fakültədə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək

Şanlı tariximizin ən qürurlu səhifələrindən biri olan 8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi tərəfindən xüsusi tədbir təşkil olunur.

  • Mövzu: “Qələbəmiz əbədirdir! 44 Günlük Qürur” mövzusunda olan tədbir 4 noyabr saat 13:30-da universitetin IV tədris binasında baş tutacaqdır.

44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin ruhunu, xalqımızın və gənclərimizin qürurunu əks etdirən bu əlamətdar tədbirdə hər bir tələbə və universitet kollektivi iştirak etməyə dəvət olunur!