İqtisadiyyat və idarəetmə fakültəsində Zəfər bayramı təntənəsi: “44 günlük qürur”

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “44 günlük qürur” adlı təntənəli və ruhyüksəkliyi ilə dolu bayram tədbiri keçirilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, xalqımızın birliyindən və qəhrəman oğullarımızın göstərdiyi misilsiz igidliklərdən söhbət açıblar. Qeyd olunub ki, bu zəfər xalqımızın milli qürurunun, məğlubedilməzliyinin və sarsılmaz iradəsinin təcəssümüdür.

Tədbir boyu tələbələrin ifasında səslənən vətənpərvərlik ruhunda şeirlər, təqdim olunan coşğulu rəqslər və musiqi nömrələri iştirakçılara həqiqi bayram abu-havası bəxş edib. Təntənəli şəkildə davam edən tədbir hər bir iştirakçının qəlbində böyük fəxarət və minnətdarlıq hissi oyadıb.