GDU-da “2026–2030-cu illərdə Azərbaycan Respublikasında turizmin inkişafı: dövlət siyasəti və strateji prioritetlər” mövzusunda elmi seminar keçiriləcək.

13 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Menecment və turizm işi kafedrasının təşkilatçılığı ilə “2026–2030-cu illərdə Azərbaycan Respublikasında turizmin inkişafı: dövlət siyasəti və strateji prioritetlər” mövzusunda elmi seminar keçiriləcək.

Seminarda Azərbaycanın turizm sektorunun inkişaf perspektivləri, dövlət siyasətinin əsas istiqamətləri, turizm sahəsində strateji prioritetlər, mövcud imkanlar və qarşıda duran vəzifələr müzakirə olunacaq.

Elmi seminarda məruzəçilər qismində:

İqtisad elmləri doktoru, professor Arzu Həsənov;

Texnika üzrə fəlsəfə doktoru, baş müəllim İlahə Şahverdiyeva;

Turizm bələdçiliyi ixtisası üzrə I kurs tələbəsi Aytən Tağıyeva çıxış edəcəklər.

Tədbirin keçirilməsində məqsəd turizm sahəsində dövlət siyasətinin və strateji inkişaf istiqamətlərinin elmi baxımdan müzakirəsi, tələbələrin bu sahədə biliklərinin genişləndirilməsi, həmçinin müəllim və tələbələr arasında elmi fikir mübadiləsinin təşviq edilməsidir.

Tarix: 13 noyabr 2026-cı il

Saat: 12:00

Məkan: Gəncə Dövlət Universitetinin IV tədris korpusu, II mərtəbə, 213 saylı auditoriya.

Seminar müəllimlər, tələbələr və turizm sahəsi ilə maraqlanan bütün iştirakçılar üçün aktual elmi müzakirə platforması olacaq.