Fakültəmizdə “Azərbaycan Respublikasında 2026–2030-cu illərdə turizmin inkişafı: dövlət siyasəti və strateji prioritetlər” mövzusunda elmi seminar keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Menecment və turizm işi kafedrasının təşkilatçılığı ilə növbəti elmi seminar təşkil olunub. Seminarda fakültə dekanı dosent Məsim Abadov, İqtisadiyyat kafedrasının müdiri dosetn Zakir Əhmədov, İdarəetmə kafedrasının müdiri dosent Afəddin Həmidov, Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev, İqtisad elmləri doktoru, professor Xədicə Məmmədova, İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov, ­­­­­­­­­­İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim Həcər Orucova, İqtisad elmləri üzrə fəlsəfə doktoru baş müəllim Şahin Qasımov, Texnika üzrə fəlsəfə doktoru, baş müəllim İlahə Şahverdiyeva,İqtisad elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Əlizamin Əmirov, Baş müəllim Nəcəf Qurbanov, Müəllim Gülnarə Bağırova,  Müəllim Türkan Rzayeva, Müəllim Şəbnəm Məmmədova, Müəllim Nərmin Həsənova, Müəllim Səfurə Hüseynova, Müəllim Emiliya Əsgərova və tələbə heyəti iştirak etmişlər.

Seminarda Menecment və turizm işi kafedrasının professoru Arzu Həsənov “Azərbaycan Respublikasında 2026–2030-cu illərdə turizmin inkişafı: dövlət siyasəti və strateji prioritetlər” mövzusunda geniş və əhatəli elmi məruzə ilə çıxış edib. Məruzəçi ölkədə qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizm sənayesinin müasir vəziyyətini dərindən təhlil edərək, 2026–2030-cu illəri əhatə edən yeni dövlət proqramının hazırlanmasını şərtləndirən sosial-iqtisadi və qlobal amilləri diqqətə çatdırıb.

Çıxış zamanı sektorun davamlı inkişafı yolunda mövcud olan infrastruktur, kadr hazırlığı, mövsümilik və rəqəmsallaşma ilə bağlı aktual problemlər elmi əsaslarla şərh edilib. Eyni zamanda, qarşıdakı beşillik dövr üçün müəyyən edilmiş strateji prioritetlər — regional turizm klasterlərinin formalaşdırılması, ekoturizm və mədəni turizm potensialının reallaşdırılması, eləcə də beynəlxalq rəqabətqabiliyyətliliyin artırılması istiqamətində dövlət siyasətinin əsas hədəfləri iştirakçılara təqdim olunub.

Elmi məruzə böyük maraqla qarşılanıb. Seminarın sonunda professor-müəllim heyəti və tələbələrin fəal iştirakı ilə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, turizmin regional iqtisadi inkişafa təsir mexanizmləri müzakirə edilib və məruzəçi tərəfindən verilən çoxsaylı suallar ətraflı cavablandırılıb.