İqtisadiyyat və idarəetmə fakültəsi və Pedaqoji fakültəsinin Tələbə Elmi Cəmiyyətlərinin (TEC) birgə təşkilatçılığı ilə 13 noyabr 2026-cı il tarixdə tələbələrin bilik və bacarıqlarını sınandığı növbəti möhtəşəm intellektual yarış – “Mind Game” baş tutdu. Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirdə ümumilikdə 8 güclü komanda bilik və məntiqini yarışdırdı.
Zəkanın, komanda ruhunun və dostluq mühitinin ön planda olduğu gərgin intellektual yarışın yekununda İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən ibarət “TURAN” komandası bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi adını qazandı və fəxri kürsünün zirvəsinə yüksəldi.
Yarışda yüksək nəticə göstərərək qələbə qazanan “TURAN” komandasının istedadlı üzvlərini təqdim edirik:
- Məmmədov Adəm — Maliyyə ixtisası (I kurs)
- Məmmədzadə Yunis — Dövlət və bələdiyyə idarəetməsi ixtisası (I kurs)
- Həsənov Zülfüqar — Maliyyə ixtisası (I kurs)
- Hümbətzadə Emil
- Cəfərova Səbinə
- Hüseynzadə Nigar
Tələbələrimizi ürəkdən təbrik edir, onlara elmi, akademik və ictimai fəaliyyətlərində yeni uğurlar arzulayırıq! Bu cür intellektual tədbirlər tələbələrin dünyagörüşünün genişlənməsinə, analitik təfəkkürünün inkişafına və fakültələrarası inteqrasiyanın gücləndirilməsinə mühüm töhfə verir.



