20 noyabr 2026-cı il tarixində saat 11:00-da İqtisadiyyat və idarəetmə fakültəsinin Elmi Şurasının növbəti iclası baş tutub.
Fakültə dekanı Məsim Abadovun sədrliyi və şura üzvlərinin iştirakı ilə keçirilən iclasda aşağıdakı gündəlik məsələlər müzakirə olunub:
- İqtisadiyyat kafedrasında 2026-cı il üçün planlaşdırılmış elmi-tədqiqat işlərinin yerinə yetirilməsi gedişi;
- Fakültənin professor-müəllim və tələbə heyəti arasında əmək və tədris intizamının vəziyyəti;
- Kafedralarda tədris olunan fənlər üzrə aparılmış kollokviumların nəticələri;
- Fakültə Metodiki qrupunun fəaliyyəti;
- Müsabiqə yolu ilə professor-müəllim heyətinin seçkisi;
- Cari məsələlər.
İclasda müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.





