Fakültəmizin tələbələri “InnoCamp 2 – ASAN könüllülərinin innovasiya düşərgəsi” layihəsində uğur qazanıblar

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri gənclərin innovativ ideyalarının dəstəklənməsi və startap bacarıqlarının inkişafı məqsədilə təşkil olunan növbəti layihədə fəal iştirak edərək yüksək nəticələr əldə ediblər.

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “InnoCamp 2 – ASAN könüllülərinin innovasiya düşərgəsi” layihəsi çərçivəsində keçirilən ideatonda tələbələrimiz münsiflər heyətinin rəğbətini qazanaraq mükafatçılar sırasında yer alıblar.

Layihənin yekun nəticələrinə əsasən, tələbələrimiz aşağıdakı nominasiyalar üzrə təltif olunublar:

  • Cabbarova İlahə (Marketinq ixtisası II kurs) – ideatonda III yerə layiq görülərək Diplom və bürünc medalla təltif olunub.
  • Əhmədli Əhməd (Marketinq ixtisası II kurs) – ideatonda III yerə layiq görülərək Diplom və bürünc medalla təltif olunub.
  • Abdurrəhimov Hüseyn (Marketinq ixtisası II kurs – “InnoCamp 2 – ASAN könüllülərinin innovasiya düşərgəsi” layihəsində fəal iştirakına görə Sertifikatla təltif olunub.

Qeyd edək ki, diplom və sertifikatlar “ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva tərəfindən imzalanaraq təqdim edilib. Tələbələrimizin belə nüfuzlu innovasiya düşərgələrində qazandıqları nailiyyətlər onların elmi-yaradıcı potensialının və müasir çağırışlara uyğun layihə hazırlamaq bacarıqlarının bariz göstəricisidir.

Fakültə rəhbərliyi və professor-müəllim heyəti adından qalib və iştirakçı tələbələrimizi təbrik edir, onlara gələcək təhsil və ictimai fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!