İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının müəllimi Aytac Hüseynova tərəfindən İqtisadiyyat ixtisasının III kurs tələbələri üçün “Sosial təminat və onun reallaşma mexanizmi” mövzusunda açıq dərs keçirilib. Dərsdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Məsim Abadov, Tədris işləri üzrə dekan müavini Mustafa Cəfərov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, İqtisadiyyat kafedrasının müdiri dosent Zakir Əhmədov, İqtisad elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Kənan Rəhimov, kafedranın müəllimləri Könül Əlizadə, Emiliya Əsgərova və tələbə heyəti iştirak etmişlər.
“Sosial sahələrin iqtisadiyyatı” fənni çərçivəsində keçirilən dərsdə sosial təminatın mahiyyəti, sosial müdafiə sistemində rolu, sosial təminatın əsas formaları və onun həyata keçirilməsinin iqtisadi və institusional mexanizmləri müzakirə olunub.
Dərs zamanı sosial təminat sisteminin əhalinin sosial rifahının yüksəldilməsində, sosial risklərin azaldılmasında və cəmiyyətin həssas təbəqələrinin müdafiəsində əhəmiyyəti vurğulanıb. Mövzu tələbələrə nəzəri biliklərin praktiki nümunələrlə əlaqələndirilməsi və sosial təminat mexanizmlərinin iqtisadi mahiyyətinin daha dərindən mənimsənilməsi baxımından təqdim olunub.
İnteraktiv müzakirə şəraitində davam edən açıq dərsdə tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Sonda fakültənin professor-müəllim heyəti tərəfindən dərsin metodiki baxımdan yüksək səviyyədə qurulduğu, müasir tədris tələblərinə tam cavab verdiyi qeyd olunmuşdur.
Aytac müəlliməyə pedaqoji fəaliyyətində uğurlar arzu edirik!




