18.03.2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Gəncə MDB-nin Mədəniyyət Paytaxtı 2017” layihəsinin rəsmi açılış mərasimi keçirilib.İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbə heyəti Heydər Əliyev mərkəzində təşkil olunmuş bu tədbirdə xüsusi həvəslə iştirak etdilər.Açılışdan sonra tədbir iştirakçıları və qonaqlar ümumxalq Novruz şənliklərində iştirak etdilər.
Rəsmi açılış tədbiri Gəncə barədə tanıtım çarxının nümayişi ilə başladı. Ardınca reallaşan çıxışlarda Gəncədə MDB-nin Mədəniyyət Paytaxtı olacağı 2017-ci il ərzində icra ediləcək layihələr, baş tutacaq tədbirlərdən söz açıldı. Müasirliklər tarixiliyin qovuşduğu Nizami yurdunun bu titulu uğurla daşıyaraq dostluq və əməkdaşlığın mərkəz şəhərinə çevriləcəyinə əminlik ifadə edildi. Rəsmi mərasim MDB-nin mədəni mərkəzi olan Gəncəyə müvafiq sertifikatın təqdim olunması ilə davam etdi. Eləcə də bu il ərzində beynəlxalq arenalarda öz gücünü göstərən idmançılar mükafatlandırıldı.
Ümumxalq şənliyində iştirak edən rəsmi qonaqlar dünyanın 5 ən böyük parkından biri olan Heydər Əliyev park kompleksində Gəncənin rəmzi olan çinar ağacları da əkdilər. Bayram tədbiri yerli xarici ifaçıların amfiteatrda təşkil edilən konsert proqramı ilə başa çatdı.