27.03.2017-ci il tarixdə İqtisadiyyat kafedrasının baş müəllimi Kərimova Aynur Müşfiq qızının Biznesin idarə edilməsi və Mühasibat uçotu və audit ixtisaslarının II kurslarında İqtisadi tarix fənnindən “ Qərbi Avropa ölkələrinin kapitalist təsərrüfatı sisteminə keçməsi” mövzusunda açıq dərsi keçirildi.Dərsdə Hollandiyada kapitalist istehsal üsulunun yaranmasının xüsusiyyətləri, İngiltərədə kapitalist təsərrüfatı sisteminə keçməsi, Fransada kapitalizmin fərqli xüsusiyyətləri, Almaiyada kapitalizmin xüsusiyyətləri məsələləri tələbələrin diqqətinə çatdırıldı. Açıq dərsdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos.Ş.Xurşudov, İqtisadiyyat kafedrasının müdiri dos.Z.Əhmədov, dos.U.Əfəndiyev, dos.M.Məmmədov,b/m G.Qazıyeva, b/m V.Quliyeva b/m N.Abbasov və başqaları iştirak etdilər.Dərs düzgün təşkil edilmişdir. Elektron vasitələrdən istifadə dərsin keyfiyyətini daha da artırırdı.Dərs vaxtından düzgün istifadə edildi və müəllim mövzunu əhatə edən bütün məsələlərə aydınlıq gətirdi.