28.03.2017-ci il tarixdə İdarəetmə kafedrasının baş müəllimi Rəhmiyyə İbrahimovanın İqtisadiyyat ixtisasının IV kursunda Kapital və işçi qüvvəsinin miqrasiyası fənnindən ” Azərbaycan Respublikasının əhalisi, əmək ehtiyatları,demoqrafik vəziyyəti və məşğulluq problemi” mövzusunda açıq dərsi keçirilmişdir.Açıq dərsdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos.Ş.Xurşudov, İdarəetmə kafedrasının müdiri dos.Z.Abbasov, dos.U.Əfəndiyev,dos.A.Həsənov,b/m S.Ramazanov,müəllim M.Babayev və başqaları iştirak etdilər. Dərs düzgün təşkil edilmişdir. Elektron vasitələrdən istifadə dərsin keyfiyyətini daha da artırırdı.Dərs vaxtından düzgün istifadə edildi və müəllim mövzunu əhatə edən bütün məsələlərə aydınlıq gətirdi.