İdarəetmə kafedrasının müəllimi H.Orucovanın Mühasibat uçotu və audit IV kurs ixtisasında “İstehsalın təşkili və idarəedilməsi” fənindən “Norma və normativlər və istehsal daxili ehtiyatlar” mövzusunda açıq dərsi keçirildi.
Dərsdə rektoratlıq tərəfindən təhkim olunmuş nümayəndə dosent Ü.Əfəndiyev, İdarəetmə kafedrasının müdiri dosent Z.Abbasov və həmin kafedranın bir neçə müəllimi iştirak etdi. Açıq dərsdə texniki vasitələrdən istifadə olundu.