Fakültəmiz iməclikdə iştirak etdi

İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllim və tələbə heyəti şəhərimizdə keçirilən iməclikdə fəal iştirak etdi.

Keçirilən ümumşəhər iməciliyində və ağacəkmə aksiyasında şəhərin bütün idarə, müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. İməcilikdə ərazilər ot-alaqdan təmizlənib, əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan şam ağacları əkilib.

İştirakçılar ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.