12 saylı Ərazi Vergilər Departamenti tərəfindən Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllim və tələbə kollektivinin iştirakı ilə vergilər sahəsində biliklərin artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilmişdir.
Görüşdə 12 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu İdarəsinin rəhbər vəzifəli şəxsləri vergi ödəyicilərinin qeydiyyatı, Tax free, nağdsız hesablaşmalar, sadələşdirilmiş vergi üzrə sabit məbləğin tətbiq edilməsi və şəffaf vergi partnyorluğu haqqında mövcud qanunvericilik, respublikamızda keçirilən ticarət festivalları və vergilər sahəsindəki digər yeniliklər barədə geniş məruzələr edildi. Tədbirdə Baş müşavir Cavadov Asif, İqtisadiyyat və İdarəetmə fakültəsinin Professor-müəllim heyyəti və tələbələr həmçinin 16 aprel tarixində keçirilən Olimpiadada yüksək nəticə göstərərək 2-ci mərhələyə keçən tələbələrimiz Fərzəliyeva Gülzar və Zeynallı Nəriman da iştirak etdilər.