2 may 2017-ci il tarixində İqtisadiyyat və İdarəetmə fakültəsinin Dosenti Allahverdiyev Əli Aydın oğlunun Gəncə Dövlət Universitetinin baş korpusunda İctimaiyyət qarşısında Açıq mühazirə dərsi keçirilmişdir. Dərs “Qərar qəbuletmə” mövzusunda idi. Mühazirədə Universitetin Tədris İşləri üzrə Prorektoru Fəxrəddin Məmmədov, Tədris elektron mərkəzin müdiri Elturan Yusifov, İqtisadiyyat və İdarəetmə fakültəsinin Professor-müəllim heyyəti, ADAU-nin bir neçə müəllimi və tələbələr iştirak edirdi. Dərsdə texniki vasitədən istifadə olunmuşdur.