Açıq Dərs

10 may 2017-ci il tarixdə Biznesin idarə edilməsi ixtisasının II kursunda Menecment fənnindən “Menecment sisteminin strategiyası” mövzusunda İdarəetmə kafedrasının müəllimi Bağırova Gülnarə Qoşqar qızının açıq seminar dərsi keçirildi.Açıq dərsdə Rektorat tərəfindən xüsusi təhkim olunmuş Dos. Ü. Əfəndiyev, İdarəetmə kafedrasının Baş müəllimləri: Turabova Gülnarə, Muxtarov German, İbrahimova Rəhmiyyə və kafedranın digər müəllimləri iştirak etmişdir. Dərsdə İnformasiya Texnologiyalarından istifadə edilmişdir.