FAKÜLTƏMİZ İMƏCLİKDƏ İŞTİRAK ETDİ

Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 94 illiyi münasibətilə keçirilən ümumşəhər tədbirində İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllim və tələbə kollektivi də fəal iştirak etdilər.

Keçirilən ümumşəhər iməciliyində və ağacəkmə aksiyasında şəhərin bütün idarə, müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. İməcilikdə ərazilər ot-alaqdan təmizlənib, əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan şam ağacları əkilib.