Bütün müəllimləri İqtisadiyyat və idarəetmə fakültəsi adından təbrik edirik!
Bu münasibətlə, 5 oktyabr 2017-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində tədbir təşkil olunmuşdur. Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, fakültə dekanı Şahin Xurşudov, müəllim heyyəti və tələbə kollektividə iştirak etmişlər. Hərkəs tədbirdə öz ürək sözlərini bildirərək müəllimləri bu əlamətdar gün münasibəti ilə təbrik etmişlər.