27 sentyabr Ümumdünya Turizm günüdür. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. 2011-ci il isə Prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan edilib.
Ölkədə turizmin inkişafına dair birinci Dövlət Proqramının reallaşdırılması müstəqilliyin ilk illərində tənəzzülə uğramış bu sektorun dirçəlməsinə şərait yaratdı. Bu Proqram həmçinin Beynəlxalq turizm bazarına inteqrasiyanın təməlini də qoydu, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldi.
İqtisadiyyat və idarəetmə fakültəsində dı “BEYNƏLXALQ TURİZM GÜNÜ” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə fakültənin proffeso- müəllim heyəti və tələbələr iştirak etmişdirlər. Müəllim və tələbələr çıxış edərək “BEYNƏLXALQ TURİZM GÜNÜ” ilə bağlı geniş məlumat vermişdirlər.