FAKULTƏMİZİN DƏYƏRLİ ƏMAKDAŞI

Kafedranın baş müəllimi, German Nurməmmədov oğlu Muxtarov

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Siyasi iqtisad şöbəsinin bitirmiş və H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna təyinat almışdır. O, 1970-1973-cü illərdə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil almış və yenidən Gəncə Dövlət Pedaqoji İnstitutunda siyasi iqtisad müəllimi kimi fəaliyyətə başlamışdır. G.N.Muxtarov hazırda da bu tədris müəssisəsində baş müəllim kimi fəaliyyət göstərir. O, uzun müddətdir ki, iqtisad elminin tədrisi ilə məşğul olur. Baş müəllim G.N.Muxtarov müxtəlif vaxtlarda Daşkənd, Kiyev və Minsk universitetlərinin İctimai fənn müəllimlərinin İxtisasartırma institutlarında ixtisasını yüksəltmişdir.

G.N.Muxtarov TEC-nin işində fəal iştirakına görə Azərbaycan SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Fəxri Fərmanına layiq görülmüş və Universitet rəhbərliyinin təşəkkürünə layiq görülmüşdür. Həmçinin 2013-cü ildə “Sosial – iqtisadi inkişafin proqnozlaşdırılması”, “Iqtisadi təlimlər tarixi”, “Sosial sferanin iqtisadiyyati və idarə edilməsi” proqramlarını hazırlamışdır.

German müəllim bu il təqaüdə çıxır. Fakültə dekanı dos. Ş.N.Xurşudov və fakültə kollektivi öz dəyərli əməkdaşlarını layiqli şəkildə yola saldılar. Bizdə öz növbəmizdə bildiririk ki, German müəllim təqaüddə olamsına baxmayaraq həmişə bizim kollektivin dəyərli üzvü olaraq qalacaqdır.