Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında “Müəllimlər günü” Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.
Amma Azərbaycanda “Müəllim günü”nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. “Müəllim günü”nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.
Bizdə öz növbəmizdə İqtisadiyyat və idarəetmə fakültəsi adından bütün müəllimləri 5 OKTYABR MÜƏLLİMLƏR GÜNÜ münasibəti ilə təbrik edirik.