07.04.2016-cı il tarixdə İdarəetmə kafedrasının müəlliməsi Gülnara Bağırovanın Mühasibat uçotu və audit ixtisasının II kursunda Menecmentin informasiya təminatı mövzusunda açıq dərsi keçirilmişdir. Mövzuda İnformasiya anlayişı, informasiyanm əhəmiyyəti, informasiyaların təsnifatı, İnformasiya sistemlərinin təşkili prinsipləri, İnformasiya sistemləri və onlann informasiya-normativ bazası, İnformasiya axınlarındakı nöqsanlar, İnforaıasiyanın işlənməsinin texniki vasitələri, Informasiya hazırlanmasında səhvlər və onun idarəetməyə neqativ təsiri məsələləri tələbələrlə müzakirə edildi. Açıq dərsdə rektorat tərəfindən fakültəmizin tədris intizamına nəzarət üçün təhkim olunmuş DosentÜzeyir Əfəndiyev, fakültənin dekanı dosent Ş.Xurşudov, İdarəetmə kafedrasının müdiri dosent Z.Abbasov, B/m G.Muxtarov, B/m S.Ramazanov , B/m R.İbrahimova , Müəllim H.Orucova iştirak etdilər. Dərs yüksək səviyyədə keçirildi. Mövzunu əhatə edən bütün məsələlər müzakirə olundu.Tələbələr qiymətləndirildi.Dərs vaxtından düzgün istifadə olundu.