5 aprel 2022-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsi “Marketing” və “Menecment ” ixtisası II kurs tələbələrinə “İnsan resurslarının idarə edilməsi” fənnindən Menecment və turizm işi kafedrasının baş müəllimi Nəcəf Qurbanovun “Kadr siyasəti” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə dekan əvəzi dosent M.Abadov, kafedra müdiri dos.Ə.Allahverdiyev , kafedranın müəllimi, tədris işləri üzrə dekan müavini M.Babayev iştirak etmişlər. Dərsdə proyektordan istifadə edildi.